Badara kəndi Xocalı rayonunda, Badara çayı sahilində Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Bəzən kəndin adını Bədərə, (Badərə) formasında da yazırlar. Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğul olurdu. Kənddə məktəb, kitabxana, mədəniyyət evi, rabitə şöbəsi və s. vardı. Badara kəndinin adı salındığı ərazinin adı ilə bağlıdır. Kəndin yaxınlığından eyniadlı çay da axır. Azərbaycan dilinin bəzi dialektlərində badara “kiçik əkin yeri” mənasında işlənir. Bad toponimi “uçurulmuş, dağıdılmış” mənasında da işlədilir. Badara (Badərə) kəndi vaxtilə Xaçın məlikliyinin tabeliyində olmuşdur.
“Müqəddəs yurd: Xocalı” adlı kitabdan